XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 22:21

Britaniyada son sutkada 7108 nəfər koronavirusa yoluxub, 71 nəfər ölüb

Böyük Britaniyada son sutka ərzində 7108 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Son sutkada 71 nəfər isə koronavirusa görə həyatını itirib.

Bununla da, Britaniyada koronavirusa yoluxanların sayı 453 264 nəfərə, ölənlərin sayı isə 42 143 nəfərə çatıb.

Xatırladaq ki, dünən Britaniyada son sutkada koronavirusa yoluxanların sayı 7143 nəfər olub. Bu, pandemiya başlayandan Britaniyada ən yüksək göstərici sayılır.