“İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeləri həmişə şəffaf olub”.
Strateq.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu iranlı siyasətçi Mahmud Vaezi öz tvitində yazırıb.
İran Prezidenti Aparatının rəhbəri “Tvitter” səhifəsində qeyd edib: “İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeləri həmişə aydın olub: bu ölkənin ərazi bütövlüyünü tanıyırıq və işğalın sona çatmasını bölgədəki sabitliyin əsası hesab edirik. Münaqişənin bitməsinə və iki ölkə arasındakı mübahisənin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həllinə kömək etməyə hazırıq”.