XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 17:36

Türkiyə parlamentinin sədri:“Vətən müdafiəsində Azərbaycanın yanında olacağıq”

“Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da haqlı mübarizəsində, vətən müdafiəsində Azərbaycanın yanında yer alacaq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop parlamentin payız sessiyasının açılışında deyib.

“Türkiyə və Azərbaycan dünyada iki başqa ölkə arasında bənzəri olmayan yaxın münasibətlərə sahibdirlər.

“Bir millət, iki dövlət” sadəcə bir şüar, sadəcə tarixi bir təsbit deyil, eyni zamanda, diplomatiyadan döyüş meydanına, hər sahədə Türkiyə-Azərbaycan əlaqələrinə istiqamət verən prinsipdir”, – deyə M. Şəntop vurğulayıb/APA.