XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 16:43

Qarabağdan İran ərazisinə mərmi düşüb –1 uşaq yüngül yaralanıb

İranın Şərqi Azərbaycan vilayətinə mərmi düşüb.

Strateq.az ISNA-ya istinadla xəbər verir ki, bunu sərhədyanı Xudafərin şəhərinin valisi Əli Əmirirad bildirib.

Əli Əmiriradın izahına görə, bu gün günorta saat 12-də Xudafarin şəhərinin Pərvizxanlı kəndinə 5 “Katyuşa” mərmisi düşüb.

Mərmi partlayışından 6 yaşlı bir uşaq yüngül xəsarət alıb.

Xudafərin valisi Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsində apardığı döyüşlər nəticəsində 2 evin dağıldığını da sözlərinə əlavə edib.

Hazırda Mərənd hərbi briqadası və “İslam Keşikçiləri” təmsilçiləri ərazidə araşdırma aparır.

Xatırladaq ki, bundan əvvəl sərhədyanı Xələfbəyli, Şərfə və Qoltancı kəndlərinə mərmi düşmüşdü.