XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2020 - 20:20

Mixeil Saakaşviliyə Kiyevdə hücum olub –Mühafizəçiləri həmin şəxsi saxlayıb, lakin...

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyev şəhərində restoranda hücuma məruz qalıb.

Bu barədə Ukrayna mətbuatı yazıb.

Məlumatlara əsasən, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib.

Hücumun motivi araşdırılır/Report