XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 21:52

Hindistan Bakı və İrəvanı döyüş əməliyyatlarını dayandırmağa çağırıb –Bəyanat

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında 27 sentyabrdan başlayaraq hər iki tərəfin itki verməsi ilə nəticələnən yenidən hərbi əməliyyatlar başlayıb. Hindistan regional sülh və təhlükəsizliyi təhdid edən bu vəziyyətdən narahatdır.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Hindistan XİN tərəfləri döyüş əməliyyatlarını dayandırmağa, təmkinli olmağa çağırır və sərhəddə sülhü qorumaq üçün mümkün olan bütün addımları atmağın lazım olduğunu vurğulayır: “Hindistan hesab edir ki, münaqişənin davamlı həllinə yalnız sülh yolu ilə diplomatik danışıqlar çərçivəsində nail olmaq olar.

Bu baxımdan, Hindistan ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həlli üçün davamlı səylərini dəstəkləyir”/APA.