XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2020 - 09:11

Dünyada koronavirusa yoluxanların sayı 34 milyon nəfəri ötüb –Cons Hopkins Universiteti

Dünyada koronavirusa yoluxanların sayı 34 milyon nəfəri ötüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 34 137 200 nəfər çatıb. Onlardan 1 017 083 nəfəri ölüb, 23 712 268 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 273 943), Hindistanda (6 312 584) və Braziliyada (4 810 935) qeydə alınıb.