XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2020 - 11:34

Ermənistan İsraildəki səfirini geri çağırır –XİN

Ermənistan İsraildəki səfirini geri çağırır.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan jurnalistlərə verdiyi açıqlamada bildirib.

Naqdalyanın sözlərinə görə, İsrail Azərbaycan Respublikasına inkişaf etmiş silahlar satır və bu, Ermənistan üçün qəbuledilməzdir.

Ermənistanın İsraildəki səfirinin geri çağırıldığını söyləyən XİN rəsmisi əlavə edib: “Beynəlxalq ictimaiyyət münaqişə edən tərəfləri atəşkəsə çağırarkən, İsrail Azərbaycan Respublikasına hərbi dəstək verir”.

Xatırladaq ki, İsraildə Ermənistanı Armen Smbatyan təmsil edir.