XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2020 - 13:21

Rusiyada COVID-19:ölənlərin sayı 21 mini ötüb

Rusiyada son sutka ərzində daha 9 412 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 194 643 nəfərə çatıb.

Son sutka ərzində 186 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 077 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir. (apa)