Hollandiyanın məşhur futbolçusu Yohan Kroyf 69 yaşında vəfat edib.
Məlumatı "Daily Mail" qəzeti yayıb. Kroyf xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Kroyf Hollandiyanın "Ayaks" və "Feyenoord", İspaniyanın "Barselona" və "Levante", ABŞ-ın "Los-Anceles" və "Vaşinqton" klublarında oynayıb. "Barselona", "Ayaks" komandalarına və Kataloniya millisinə baş məşqçilik edib.
Hollandiya millisində 48 oyuna çıxan Kroyf 33 qol vurub, 1974-cü il Dünya çempionatının gümüş, 1976-cı il Avropa çempionatının bürünc mükafatçısı olub, 3 dəfə "Qızıl top" mükafatını qazanıb(milli.az).