XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 18:10

Avropa Birliyi ilə vizasız rejim üçünTürkiyə 35 şərti yerinə yetirməlidir

Avropa Birliyi (AB) ilə vizasız rejim üçün Türkiyə 35 şərti yerinə yetirməlidir.

Bu barədə Kanal7 telekanalı xəbər verib. Bundan əvvəl Türkiyədən 72 şərtin yerinə yetirilməsi tələb olunurdu.

Telekanalın məlumatına görə, AB ilə viza rejiminin ləğv olunması üçün Türkiyə parlamenti bu il may ayının 4-ə kimi bəzi dəyişiklikləri qəbul etməlidir. Hansı ki, onlardan biri AB-nin standartlarına cavab verəcək yeni pasportların verilməsidir.

Telekanalın xəbərində qeyd edilir ki, viza rejiminin ləğv olunmasından sonra Türkiyə vətəndaşları 3 ay müddətində vizasız Almaniya, Avstriya, Belçika, Çexiya, Daniya, Estoniya, Finlandiya, Hollandiya, İtaliya, İspaniya, İsveç, İsveçrə, İslandiya, Litva, Latviya, Lüksemburq, Lixtenşteyn, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstanda qala biləcəklər(trend).