XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 21:48

Makrondan qalmaqallı açıqlama:“İslam böhran içindədir”

Fransa prezidenti Emmanuel Makron İslamın bütün dünyada böhran içində olduğunu, bunun təkcə Fransada müşahidə olunmadığını bildirib.

“Aljazeera”y xəbər verir ki, E.Makronun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Artıq “islamçı radikalizm” ifadəsi əvəzinə məhz İslam dininin ittiham edilməsi müsəlmanlar arasında böyük narazılıq yaradıb.

Fransada dövlətin sekulyarizmin müdafiəsi və İslamın “liberallaşdırılması” siyasətinə başlayacağı deyilir.

Xatırladaq ki, Fransada məktəblərə hicabla gəlmək, dövlət qulluqçularının hicab geyinməsi artıq uzun müddətdir ki, yasaqlanıb. (report)