XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 00:15

ABŞ Belarus rəsmilərinə qarşı sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Belarusun səkkiz rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, “qara siyahı”da Belarusun Daxili İşlər naziri Yuri Karayev, Daxili Qoşunların Komandanı Xazalbek Atabekov, OMON-un komandiri Dmitriy Balabanın adı da daxil edilib.

“Maliyyə Nazirliyi  9 avqustda Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırılmasında və ya dinc nümayişçilərə sərt təzyiq göstərilməsində rollarına görə səkkiz şəxsə qarşı sanksiya tətbiq edir. Bu tədbirlər, 13 405 saylı icra qərarına uyğun olaraq, Belarusda demokratik proseslərin pozulmasında məsul olan və ya iştirak edən şəxslərə qarşı yönəldilib” deyə, məlumatda qeyd olunub.