XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2020 - 09:35

ABŞ-da Respublikaçı senatorlar koronavirusa yoluxub –Açıqlama

ABŞ-da Respublikaçı senator Tom Tillis (Şimali Karolinadan – Red) bəyan edib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bu barədə Tom özünün “Twitter” səshifəsində yazıb.

“Həkimin tövsiyələrini yerinə yetirirəm. Xoşbəxtlikdən əlamətlərim yoxdur, özümü yaxşı hiss edirəm” deyə o, sosial şəbəkə hesabında yazıb.

Digər, Respublikaçı senator Mayk Li də (Yuta ştatı – Red) koronavirusa yoluxduğunu bildirib.  “CNN”-in verdiyi məlumata görə, hər iki senator keçən şənbə günü Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birgə tədbirdə olub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp koronavirusa yoluxub. Tramp həkimlərin tövsiyəsilə hərbi hospitala yerləşdirilib. O Merilend ştatında yerləşən “Walter Reed” hərbi hospitalında müalicəsini davam etdirəcək.