XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 10:55

Pompeodan Belarusa növbəti sanksiyalarla bağlı xəbərdarlıq:“Bu, davamlı olacaq”

ABŞ Belarus rəsmilərini respublikada demokratiyanı pozduğu üçün məsuliyyətə cəlb etməkdə davam edəcək.

Bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo adından yayımlanan bəyanatda qeyd olunub.

Onun sözlərinə görə, Avropa İttifaqı və Amerika artıq bu ölkənin rəsmilərinə qarşı müvafiq addım atıb: “Bu, davamlı olacaq”.

Qeyd edək ki, bu gün Avropa İttifaqı və ABŞ Belarus rəsmilərinə qarşı sanksiya tətbiq edib. Lakin “qara siyahı” da ölkə prezidenti Aleksandr Lukaşenkonun adı yoxdur/Report.