XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 11:14

Fələstində fövqəladə vəziyyət rejimi bir ay müddətinə uzadılıb

Fələstin dövlətinin prezidenti Mahmud Abbas oktybarın 3-dən etibarən İordan çayının qərb sahilində və Qəzza sektorunda fövqəladə vəziyyət rejiminin 30 gün müddətinə uzadılacağını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, Fələstin liderinin Vifleemdə ilk yoluxma hadisəsi qeydə alındığı martın 5-dən bəri altıncı belə qərarıdır.

Daha əvvəl Fələstinin səhiyyə naziri May Kayli son sutka ərzində 545 nəfərin koronavirusa yoluxduğunu, 3 nəfərin infeksiyanın təsirindən öldüyünü, 436 nəfərin isə virusdan sağaldığını açıqlamışdı.

Martın 5-dən bəri Fələstin ərazilərində 51 607, o cümlədən İordan çayının qərb sahilində 37 582, Şərqi Qüdsdə 10 841, Qəzza sektorunda 3 184 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. 18 103 nəfər virusdan müalicə edilib, 379 nəfər ölüb.