XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 15:25

Trampın seçki kampaniyasının rəhbəri koronavirusa yoluxub

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının rəhbəri Bill Stepien koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, B.Stepienə cümə günü koronavirus diaqnozu qoyulub. Onda qripə bənzər yüngül simptomlar olduğu bildirilir.

42 yaşlı Stepien karantin müddəti bitənə qədər evdən işləmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl D.Trampın özü koronavirusa yoluxduğunu, xəstəxanaya yerləşdirildiyini bildirmişdi.