XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2020 - 00:15

“Fənərbaxça” liderliyə yüksəlib

Türkiyə Super Liqasında IV tur davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 görüş baş tutub.

“Antalyaspor”u bir qolla üstələyən “Yeni Malatyaspor” mövsümdə ilk qələbəsini qazanıb.

İlk 3 turda məğlubiyyətləri sıralayan son çempion “Başakşəhər” öz meydanında “Göztəpə”nin müqavimətini qıra bilməsə də, ilk xalını qazanıb.

“Rizəspor” Ərzurum səfərində yerli “Ərzurum BB” ilə qarşılaşıb. Bu matçda da qolsuz bərabərlik qeydə alınıb.

Lider “Fatih Karagümrük”ü öz meydanında sınağa çəkən “Fənərbaxça” isə rəqibi üzərində qələbə qazanaraq onun taxtını ələ keçirib.

Bir gün öncə start götürən tura oktyabrın 4-də keçiriləcək oyunlarla yekun vurulacaq.