XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2020 - 15:00

Baş Nazir:“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik”

“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik. Azərbaycanlılar türkiyəlilər qədər bizə doğmadır”.

Bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar CNN TÜRK-ə müsahibəsində deyib.

“Azərbaycanın işğal altında olan tarixi torpaqlarının tez bir zamanda  azad edilməsini istəyirik. Biz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”, – deyə E. Tatar bildirib.

Baş Nazir Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da pisləyib.

O qeyd edib ki, Ermənistan təcavüzkar hücumları ilə regionda sülhün, sabitliyin pozulmasına səbəb olaraq təhlükəli vəziyyət yaradır. (apa)