İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvləri Azərbaycanla sərhəd bölgəsinə baş çəkiblər.
Strateq.az IRIB-ə istinadla xəbər verir ki, Aslanduz sərhəd zolağında olmuş İslami Şura Məclisinin komissiya üzvləri Araz çayı üzərindəki Muğan su bəndinə də baxış keçiriblər.
Dağlıq Qarabağ bölgəsində səkkiz gündür davam edən hərbi toqquşmalar zamanı İran ərazisinə bir neçə mərmi düşüb. Milli Təhlükəsizlik Komissiyasının sərhədyanı bölgəyə səfəri də bununla bağlıdır.