XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 09:17

ABŞ-da atışma olub –1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində ən az bir nəfər ölüb, 5 nəfər yaralanıb. 

Bu barədə yerli “Fox 5” televiziya kanalı məlumat yayıb.

Naməlum şəxs yerli vaxtla təxminən, saat 16:00-da mağazada olan bir qrup şəxsə odlu silahdan atəş açıb.

Atışma nəticəsində ikisi uşaq olmaqla altı nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır. (apa)