XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 12:26

Suriya danışıqlarının növbəti mərhələsi başlayır- Tarix açıqlandı

Suriya danışıqlarının növbəti mərhələsi apreldə başlayacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura məlumat verib.

Onun sözlərinə görə, danışıqlara aprelin 9-da start veriləcək: «Bu tarix müxtəlif nümayəndə heyətlərinin ümumi razılığı əsasında müəyyənləşib».

Bundan əvvəl Suriya müxalifəti danışıqların aprelin ilk günlərində, hökumət qüvvələri isə 13-də başlamasını istəyirdi.

Suriya ilə bağlı son danışıqlar martın 24-də Cenevrədə baş tutmuşdu. Həmin müzakirlərin nəticəsi olaraq qəbul edilən sənəddə Suriyada 6 ay ərzində keçid hökumətinin formalaşdırılmasından, yeni Konstitusiyanın hazırlanmasından və yaxın 18 ayda azad seçkilərin keçirilməsindən söhbət gedir.