XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 17:14

İran və Türkiyə arasında aviareyslər ləğv edildi- Səbəb

İranın Mülki Aviasiya Təşkilatı (CAO) bütün yerli aviaşirkətlərin və Türk Hava Yollarının Türkiyə-İran istiqamətində uçuşlarını ləğv edib.

“Report” xəbər verir ki, bu barədə Təşkilatın yaydığı məlumatda bildirilir.

Məlumata görə, qadağanın hansı müddətə qədər davam edəcəyi bildirilməsə də tezliklə yeni açıqlama yayılacağı qeyd edilir.

CAO-nın açıqlamasından da göründüyü kimi bu qərar Türkiyə ilə uçuşların bərpasından bir neçə gün sonra qəbul edilib.

Bu qərarın koronavirus pandemiyası ilə mübarizə çərçivəsində qəbul edildiyi qeyd edilir.

Hazırda hər iki ölkənin hava yolu şirkətləri yalnız geri dönüş uçuşu həyata keçirə bilər. COVID-19 pandemiyası çərçivəsində əldə edilmiş razılığa əsasən isə aviaşirkətlər bir istiqamətə boş uçuş reallaşdırır.