XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 19:02

Böyük Britaniyada avtomobil satışları 20 illik minimuma enib

Böyük Britaniyada yeni avtomobillərin satışları sentyabr ayında illik müqayisədə 4,4% azalaraq 1999-cu ildən bəri ən aşağı səviyyəyə enib – 328 041 ədəd.

APA-Economics”in Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) məlumatına istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən satışlar 33,2% azalıb, yanvar-sentyabr aylarında ölkədə 1,24 mln. ədəd yeni avtomobil realizə edilib.

SMMT qeyd edir ki, pandemiya dövründə Böyük Britaniyada avtomobil satışları azalsa da, azalma templəri stabildir və mənfi dinamika gözəçarpan deyil.

Xatırladaq ki, avqust ayında Böyük Britaniyada avtomobil satışları illik müqayisədə 45% azalıb.