XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 09:00

Qırğızıstan parlamentinin binasında yanğın törədilib- FOTO

Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar tərəfindən ələ keçirilən və dövlət administrasiyasının da yerləşdiyi parlament binasında yanğın törədilib.

APA xəbər verir ki, bu barədə hadisə yerində olan “TASS”-ın müxbiri bildirib.

Məlumata görə, yanğın binanın dördüncü mərtəbəsindəki ofislərdən birində qeydə alınıb. Binanın bu mərtəbəsində qanunvericilik orqanı işçilərinin otaqları yerləşir.

Qeyd edək ki, bundan bir qədər əvvəl etirazçılar respublikanın ali qanunverici orqanın binasını talan ediblər. Bu barədə “24.kg” xəbər agentliyi məlumat verib.