XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 14:01

Kerrinin etirafı, Lavrovun atmacası –Kreml-Qərb barışığı baş tutacaqmı?

Kerri-Moskva-seferi

Bu gün ABŞ Dövlət Katibi Con Kerrinin çox maraqla gözlənilən Moskva səfəri başa çatdı.  Kerrinin Rusiya qoşunlarının Suriyadan çıxarılmasından və Ukraynadakı vəziyyətin müzakirəsinə həsr olunmuş  “Dördlük ölkələri”  (Rusiya, Ukrayna, Fransa, Almaniya) nümayəndələrinin uğursuz  Paris danışıqlarından sonra gəlməsi səfər ətrafında əlavə intriqa yaradırdı.  Çox maraqlıdır ki,  Kerri ilə eyni gündə, martın 23-də onun almaniyalı həmkarı Frank-Valter Ştaynmayer də Rusiya paytaxtına təşrif buyurdu.  Kerrinin Moskva səfrinin əsas müzakirə mövzusu hələ matın 16-da bəyan olunmuşdu. Vaşinqton elçisinin Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcəyi açıqlanmışdı.  Səfər tarixinə 3 gün qalmış isə onun Rusiya prezidenti və almaniyalı həmkarı ilə də Moskvada danışıqlar araracağı barədə məlumat yayıldı. Çox maraqlıdır ki,  Abu-Dabi şahzadəsi,  Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin  baş komandanının müvaini Əl-Naxayanın da Moskvaya səfəri Kerri və  Ştaynmayerin səfəri ilə üst-üstə düşmüşdü…

Kerrinin etirafı, Lavrovun atmacası  və Moskvadan səslənən əhəmiyyətli mesajlar

Bütün bunlar,  martın son həftəsində Rusiya paytaxtında Suriya və Ukraynadakı vəziyyətə aydınlıq gətirilməsi, Moskva Vaşinqton və Moskva-Avropa İttifaqı münasibətlərinin nizama salınması ilə bağlı çox əhəmiyyətli qərarların müzakirə olunduğunu deməyə əsas verirdi.

Xüsusən, Kerrinin açıqlamaları Vaşinqton və Brüsselin müəyyən şərtlər daxilində Moskva ilə münasibətlərə  “məhdudlaşdırılmış tərəfdaşlıq” prinsipi əsasında    yenidən baxmağa hazır olduqlarını göstərdi.

Lavrov ilə 4 saat davam edən danışıqlardan və  nümayəndə heyəti üzvlərinin iştirakı ilə prezident Putinlə müzakirələrdən sonra Kerri çox mühüm mesajlar verib: “Brüsseldəki dəhşətli partlayışlardan sonra, bu terror aktlarının bizim qarşımızda hansı məqsədlər durduğunu xatırlatmasını unutmaq lazım deyil. Söhbət, Suriyadkı münaqişəni nizamlanmasını qurtarmaq və bütün diqqəti İŞİD-i məhv etməyə yönəltməkdən gedir. Mən düşünürəm ki, biz son vaxtlar prezident Putinin qəbul etdiyi qərarları daha yaxşı anlayırıq. Eyni zamanda necə irəliləməyin lazım olduğunu da yaxşı başa düşürük”.

Kerrinin bu etiraf hesab edə biləcəyimiz sözlərindən sonra Rusiya XİN başçısı Sergey Lavrov yenə Moskvanın ənənəvi baxışını xatırladıb: “Terrora və indiki dəhşətli təhlükənin mənbəyinə gəldikdə isə mən heç bilmirəm ki, bu məsələdə nəyin mübahisəsini etmək olar? Bir çox analitiklər və siyası xadimlər var ki eyni zamanda ABŞ-da, hansılar ki, terrorizm ABŞ-ın bu regiondakı səhv addımlarının nəticəsində vüsət alıb”.

Suriya məsələsi ilə bağlı hər iki diplomat bildirib ki, atəşkəs rejiminə əməl olunması, Əsəd hakimiyyətinin və müxalif qüvvələrin həbs olunmuş şəxsləri tezliklə azadlığa buraxılması, siyasi nizamlama prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Ukraynadakı vəziyyətlə ilə bağlı isə hələ də ciddi fikir ayrılıqları qalır. “Prezident Obama Minsk razılaşmalarının bütün şərtlərinin tam  yerinə yetirildiyi, o cümlədən Ukraynaın cənub sərhəddinin bağlandığı, silahların və hərbiçilərin geri çəkildiyi təqdirdə sanksiyaları götürməyə hazırdır”, – deyə Kerri xatırladıb.

Lavros isə vəd edib ki, Suriyada olduğu kimi Ukraynada da, bütün tərəflərə təzyiqlər göstəriləcək: “ABŞ-la Kiyev hökuməti arasında xüsusi münasibətləri nəzərə alaraq, ümid edirik ki, bu cür məxsusi əlaqələr Kiyevi imza atdığı məsələri yerinə yetirməsinə təşviq edəcək. Biz isə öz müstəqilliklərini elan etmiş Luqansk və Dontesk respublikalarının onların təmsilçilərinin imzaladığı sənədlərlə nəzərdə tutulan məsələri icra etməsinə nail olacağımız öhdəliyini götürmüşük”.

Qərb və Putin barışıq axtarışında

Moskva danışıqlarını şərh edən təhlilçilərin fikirincə, bu müzakirələr  ABŞ-Rusiya-Avropa İttifaqı münasibətlərinin yenidən qurulması üçün ilk əhəmiyyətli addımdır.  Xüsusən,  Vaşiqntonda son vaxtlar Rusiya ilə “məhdudlaşdırılmış tərəfdaşlıq” yanaşması aktuallaşdıqdan sonra amerikalılar real təşəbbüslərə başlayıblar. 

Avropa İttifaqı ölkələri isə Rusiya ilə münasbətlərdə elə format tapamağa çalışırlar ki, indiki gərginlik aradan qalxsın, eyni zamanda Kremlin mümkün aqqresiv planlarının qarşısına sədd çəkilsin. 

Amerikalılar da, “məhdudlaşdırılmış tərəfdaşlıq” yanaşması dedikdə, əslində bunu nəzərdə tuturlar. Bütün aparıcı beynəlxalq oyunçular üçün bir daha aydın oldu ki, bütün təzyiqlərə baxmayaraq, ruslar geosiyasi proseslərə müdaxilə potensialını saxlayırlar və Putin “soyuq müharibə” qaydaları ilə hərəkət etməkdən çəkinmir.  Bu siyasət Rusiyaya çox baha başa gəlir, amma eyni zamanda Qərb ölkələri üçün də çox böyük diskomfort yaradır. Putin isə Suriydan qoşunları geri çəkməklə və Ukrayna ilə bağlı daha mülayim ritorika seçməklə sövdələşməyə hazır olduğunu açıq nümayiş etdirir. Moskva danışıqlarını bu sövdələşmənin ilk raundu kimi dəyərləndirilə bilər.

Bəs bu sövdələşmədə qurbanlar kim olacaq? Müəyyən təxminlər irəli sürmək olar-Bəşər Əsəd,  Poroşenko  hakimiyyəti,  Luqank və Donetskin muxatiyyat qazanması və s. Geniş baxdıqda sövədələşmə üçün müstəvi çox böyükdür-Suriya, Ukrayna, Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq regionu, Pribaltika bölgəsi…

Zaur İbrahimli

Strateq.az