XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 13:15

Qırğızıstanda parlament seçkilərinin nəticələri etibarsız sayıldı –MSK qərar verdi

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin nəticələrini etibarsız sayıb.

Bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 5-də Qırğızıstanda parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, hökumətyönlü partiyalar “Birimdik” 24.52% və “Mekenim Qırğızıstan” 23.89%, mərkəzçi “Qırğızıstan” 8.73% və “Bütün Qırğızıstan” 7% səs toplayıb.

Prezident Sooronbay Jeenbekov seçki prosesi zamanı pul müqabilində səs almağın əsas problem olduğunu etiraf edib.

Seçkidə səs almayan partiyaların tərəfdarları dünən axşamdan etiraz aksiyalarına başlayıblar. Etiraz aksiyalarına əsas təşkilatçılarından olan Qırğızıstan Sosial Demokratlar Partiyasına sabiq prezident Almazbek Atambayevin oğlu Seyitbek Atambayev rəhbərlik edir. Etirazçılar təkrar seçkilərin keçirilməsini tələb edirlər.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma nəticəsində 590 nəfər yaralanıb, bir nəfər ölüb. 

Etirazçılar sabiq prezident A. Atambayevi Dövlət Milli Təhlükəsizlik Komitəsindəki təcridxanadan azad ediblər/APA.