XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 17:59

Həsən Ruhaninin sözçüsü:"Azərbaycanın ərazi bütövlüyünün qorunması vacibdir"

“Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini bir daha vurğulayırıq”.

Strateq.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran hökumətinin rəsmi sözçüsü Əli Rəbii bildirib.

Jurnalistlərin suallarını cavablandıran Rəbii deyib: “Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır. Bu, İran hökumətinin rəsmi mövqeyidir. Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini bir daha vurğulayırıq. Üçüncü tərəflərin münaqişəyə müdaxiləsini zərərli hesab edirik. Bölgədə qarşıdurmanın hərbi həlli yoxdur”.

Əli Rəbii əlavə edib: “Həmçinin, sərhəd bölgələrindəki vətəndaşlarımızın can itkisindən narahatıq. Bölgədə sülh istəyirik”.