XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

25 Mart 2016 - 16:16

Kanada:"Türkiyənin cənub-şərqinə səfər etməyin!"

Kanada hökuməti Türkiyədə olan vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı, insanların çox olduğu yerlərə səfər etməkdən çəkinməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti məlumat verib.

Bundan başqa, Kanada hökuməti öz vətəndaşlarını Türkiyənin cənub-şərq əyalətlərinə və ölkənin Suriya ilə sərhəd olan rayonlarına səfər etməkdən də çəkinməyə çağırıb.

Kanada hökuməti eyni zamanda, Türkiyəyə martın 25-də yeni terror aktları olma ehtimalı ilə də bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror aktında 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayışın baş verməsinə səbəb minalanmış avtomobil olub.