XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 08:52

Jirinovski səs verməyə 16 yaşından icazə verilməsini təklif edib

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski seçkilərdə iştirak üçün yaş məhdudiyyətinin 16 yaşa endirilməsi təklifi ilə çıxış edib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Jirinovski dövlət başçısının Dumada fraksiya liderləri ilə görüş zamanı prezident Vladimir Putinə müvafiq təklifi verib.

Partiya lideri təklifini indi gənclərin fərqli olması ilə izah edib: “Gənclərin çoxu 16 yaşında onsuz da bəzən valideynlərindən daha çox qazanır, lakin bu vətəndaşlara səsvermə hüququ verilmir”.

Siyasətçi əlavə edib ki, 80-90 yaşlarında nənə və ya baba pis düşünsə də, səs vermək hüququ var: “Səsvermədə yaşlı insanlara deyirlər ki, buranı “işarə”lə, onlar da “işarələyir”.