XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 14:23

Koronavirusa yoluxan Poroşenkonun vəziyyəti ağırdır

Koronavirusa yoluxmuş Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun vəziyyəti ağırdır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu keçmiş dövlət başçısının xanımı Marina Poroşenko bildirib.

“Hətta həkimlər xəstəliyin gedişini öyrənmək, səhhətinə nəzarət etmək üçün ondan analiz götürə bilmirlər”, – Marina Poroşenko “YouTube” kanalına müsahibəsində vurğulayıb.

Bildirilib ki, Petro Poroşenko sentyabrın 29-da koronavirusa yoluxub. Marina Poroşenko həyat yoldaşının oktyabrın 3-də hospitala yerləşdirildiyi barədə də açıqlama vermişdi.