XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 18:27

“Qalatasaray”da işdən çıxarılan məşqçininmeyiti tapıldı

"Qalatasaray"ın 21 yaşadək futbolçulardan ibarət komandasında məşqçi işləmiş Zafer Koçun meyiti tapılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Z.Koçyun meyiti dünən yaşadığı evdə aşkarlanıb.
 
2 ay əvvəl İstanbul klubundakı işindən ayrılan futbol mütəxəssinin hansı səbəbdən öldüyü dəqiq bilinməsə də, meyitin üzərində zorakılıq əlamətinin olmaması qətiləşib.
 
51 yaşlı məşqçinin ölüm səbəbi araşdırılır.