XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 21:36

FIFA prezidenti:"Qətərdəki kimi dünya çempionatı bir də olmayacaq"

“Koronavirus pandemiyasına baxmayaraq Qətər son altı ayda 2022-ci ildə keçiriləcək dünya çempionatının hazırlıqlarını davam etdirib”.

“Report” xəbər verir ki, bu fikirləri FIFA-nın prezidenti Canni İnfantino dünya çempionatının hazırlıqları barədə danışarkən deyib.

Funksioner planların həyata keçirilməsindən məmnun olduğunu bildirib: “Daha əvvəl də Qətərin mundiala hazır olacağına şübhə etmirdim. Amma hazırda etimadım daha da güclənib. 2022-ci ildə hər şey və hər kəs çox yaxın olacaq. Dünyanın müxtəlif bölgələrindəki azarkeşlər bir araya gələcək. Onlar həmin vaxt Qətərin mülayim iqlimindən zövq alacaqlar. Belə dünya çempionatı heç vaxt keçirilməyib və bundan sonra da olmayacaq”.

İnfantino turnir təşkilatçıları ilə “Əl-Bayt” stadionunda yoldaşlıq görüşündə iştirak edib.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr – 18 dekabrda baş tutacaq.