İŞİD-in ikinci komandiri Suriyada hərbi əməliyyat zamanı öldürülüb. ABŞ mediası bu barədə məlumat yayıb.
"Hacı İmam" kimi tanınan İraq vətəndaşı Abdul Rəhman Mustafa əl-Qaduli cümə axşamı günü ABŞ-ın xüsusi qüvvələrinin reydi zamanı öldürülüb. Bu barədə NBC TV məlumat verib.
ABŞ Müdafiə Katibi Ash Carterin bu məlumatı təsdiqləməsi və əlavə detallar verməsi gözlənilir.
ABŞ höküməti Qadulinin öldürülməsi üçün 7 milyon dollar mükafat təyin edib.
Məlumatlara görə, ötən gün ABŞ-ın xüsusi əməliyyat qüvvələri helikopterlə Suriyaya eniblər. Qadulinin avtomobilinin keçdiyi yolda keşik çəkən əməliyyatçılar üsyançının qabağını kəsib. Qadulini canlı tutmağa cəhdlər edilsə də, vəziyyət gərginləşib, o və maşındakı əlavə 3 nəfər öldürülüb.
Türkmən əsilli Qaduli İraqın Mosul şəhərində 1957 və ya 1959-cü ildə doğulub. Bu şəhər 2014-cü ildən bəri İŞİD-in nəzarətindədir.
BBC