XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 15:12

80 yaşlı yeni vəliəhd and içdi:"Küveyt ərəbdaxili, regional və beynəlxalq öhdəliklərinə sadiq qalacaq”

Küveytin yeni vəliəhdi, 80 yaşlı şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah oktyabrn 8-də parlamentdə and içib.

Bu barədə  “Al-Jazeera” telekanalı məlumat yayıb.

“Demokratiya kursunu götürən Küveyt konstitusiyalı novator dövlət yolunu davam etdirəcək. Allah, Küveyt əmiri və xalqı qarşısında and içirəm ki, dövlət başçısının möhkəm dayağı olacağam. Küveyt ərəbdaxili, regional və beynəlxalq öhdəliklərinə sadiq qalacaq”,- şeyx Məşəl andiçmə zamanı bildirib.

Küveytin əmiri Navvaf əl-Əhməd əl-Cabir əs-Sabah yeni vəliəhdin ölkənin rifahı üçün xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, Küveyt parlamenti Şeyx Navvafın 80 yaşlı kiçik qardaşı şeyx Məşəli varis, Milli qvradiyanın komandanının müavini, əmir sarayının işlər üzrə naziri vəzifəsinə namizədliyinə birsəslə dəstəkləyib/Report.