XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 15:52

Qırğız Respublikası məmurlar üçün sərhədi bağladı –Səbəb

Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinə (DSX) ölkədən yüksək vəzifəli şəxslərin çıxmasının qarşısının alınması barədə əmr gəlib.

TASS xəbər verir ki, bu barədə DSX-dan məlumat verilib.

Qeyd edək ki, Qırğız Respublikasında parlament seçkilərindən sonra iğtişaşlar başlayıb. Oktyabrın 6-na keçən gecə etirazçılar Ağ Evin binasına daxil olub, eləcə də ölkənin keçmiş prezidenti Almazbek Atambayevi təcridxanadan azad ediblər. Qırğızıstan MSK isə sonradan seçkinin nəticələrini etibarsız saydığını açıqlayıb. Baş nazir Kubatbek Boronov istefa verib. Müxalifət iki koordinasiya şurası yaradıb/Report.