XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 05:13

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın Konnektikut ştatının Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı növbəti dəfə bəyanat qəbul edib. Bəyanatda 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat və dövlətlər, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi qeyd olunur.

Azərtac xəbər verir ki, sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülüb, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının Dövlət katibi tərəfindən imzalanaraq təsdiqlənib.

Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair bəyanat qəbul edir