XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2020 - 09:00

Dünyada son sutkada koronavirusa yoluxama sayı rekord həddi keçib –ÜST

Dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 338 779 artaraq, 36 002 827 olub ki, bununla da yeni rekord müəyyənləşib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə axşamı yaydığı hesabatında bildirilib.

Oktyabrın 8-nə olan məlumata görə, dünyada koronavirusdan ölənlərin ümumi sayı 1 049 810 nəfərə çatıb.

Son sutkada ölənlərin sayı 5514 nəfər olub.

Qeyd edək ki, ÜST-ün təqdim etdiyi statistika dövlətlər tərəfindən verilən rəsmi məlumatlar əsasında tərtib edilir. (apa)