XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 14:21

Yaponiyada 100-dən çox reys ləğv edilib –Tayfuna görə

“Çanhom” tayfunun yaxınlaşması səbəbilə Yaponiyada azı 141 daxili aviareys ləğv edilib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Qrafikdə dəyişikliklər əsasən, ölkənin cənub-qərbindəki Küsü adasını respublikanın digər bölgələri ilə birləşdirən marşrutlara aiddir. Dəmir yolu nəqliyyatı əvvəlki qaydada işləyir, lakin operator şirkətlər qatarların hərəkətinə məhdudiyyətlər tətbiq olunacağını istisna etmir.

Tayfun indi Yaponiyadan cənubda, Sakit okeandadır və şimal-şərqə doğru hərəkət edir. Onun mərkəzi hissəsində küləyin sürəti 35 metr/saniyəyə çatır. Tropik fırtınanın təsiri səbəbindən bəzi bölgələrdə güclü yağışlar yağır.

Meteoroloqlar tayfunun şənbə günü ölkənin qərb hissəsinə yaxınlaşıb sonra Tokionun cənubundan keçə biləcəyini, ancaq birbaşa Yaponiya ərazisinə daxil olmayacağını düşünür. (report)