“Formula 1” üzrə Almaniyada keçirilən Ayfel Qran-prisinin ilk sınaq yürüşü təxirə salınıb.
Buna hava şəraiti səbəb olub. Nürburqrinq trasının üzərində sıx duman yaranıb, tibbi helikopterin havaya qalxa bilməməsi səbəbindən sessiyanın başlanması bir saat təxirə salınıb.
Bakı vaxtı ilə saat 13:00-a təyin edilən test yürüşü şərtlər dəyişməsə, ləğv edilə bilər.
Qeyd edək ki, Ayfel Qran-prisinə oktyabrın 11-də yekun vurulacaq. (report)