XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 19:51

ABŞ İranın 18 bankına sanksiya tətbiq edib –Steven Mnuçin

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran iqtisadiyyatına qarşı tədbirlər çərçivəsində oktyabrın 8-də bu ölkənin 18 iri bankına qarşı sanksiya tətbiq edib.

Bunlardan 16-sı İran maliyyə sektorunda apardıqları əməliyyatlara, 1-i sanksiya altındakı bankın mülkiyyətində və ya nəzarətində olduğuna, 1-i isə İranın hərbi sisteminə bağlılığına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

ABŞ-ın maliyyə naziri Steven Mnuçin sözügedən bankların qanunsuz dollar hesablaşmalarını dayandırmaq barədə öhdəliyi pozduqlarını bildirib: “Bizim sanksiya proqramımız İran terrorçuluğa dəstəyinə son verənə və nüvə proqramını dayandırana qədər davam edəcək”. (report)