XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 20:02

“YouTube” alış-veriş məkanına çevrilə bilər

“Google” şirkəti sahibi olduğu “YouTube”dakı kliplərdə reklam olunan malların satışını da təşkil etmək istiqamətində hazırlıq işləri aparır.

“Bloomberg” xəbər verir ki, mənbələrə görə, “YouTube”da reklam olunan malları “Google”un müvafiq alətləri vasitəsilə satışa çıxarmaq nəzərdə tutulur.

Belə ki, həmin mallara baxış keçirmək, sonra isə alış-verişə başlamaq üçün müvafiq proqram təminatı hazırlanaraq işə salınacaq.

Hazırda həmin funksiyaların məhdud sayda kanallarda sınaqları aparılır. (report)