XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 23:55

Sadır Japarov Qırğızıstanın yeni Baş Naziri seçilib- FOTO

Oktyabrın 10-da axşam saatlarında Qırğızıstan Parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.

İclasın əvvəlində Joqorku Keneşin bir neçə gün əvvəl seçilmiş sədri Maktıbek Abdıldayev istefa verdiyini bildirib. O deyib ki, iclası sədrin müavini Mirlan Bakiyev idarə edəcək.

Sonra Qırğızıstanın Baş Naziri vəzifəsinə Sadır Japarovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Sadır Japarov ölkənin Baş Naziri seçilib.

İclasda, həmçinin hökumətin proqramı, strukturu və tərkibi təsdiq olunub.

Sadır Japarov çıxışında bildirib ki, bu gün Prezident Sooronbay Jeenbekovla görüşüb, yaranmış vəziyyət təhlil edilib. Onun sözlərinə görə, dövlət başçısı deyib ki, ölkənin Baş Naziri seçiləndən və hökumət formalaşdıqdan sonra istefaya getməyə hazırdır.

Sadır Japarov deyib ki, bu gün Baş Nazirin müavini Erkin Asrandiyev də öz vəzifəsindən imtina edib(azərtac).