Türkiyə Milli Müdafiə Nazirliyi də ermənilərin Azərbaycanın mülki əhalisinə hücumuna operativ reaksiya verib.
Strateq.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində dünyanın bu zorakılığıa səssiz qalmamasına çağırış edilib: “Hərbi və insanlıq cinayəti törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəs şəraitində belə, mülki yaşayış yerlərinə təcavüzü davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”.