XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 12:02

Rusiyada koronavirus:gündəlik yoluxma sayı 13 mini ötüb

Rusiyada son sutka ərzində daha 13 592 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 312 310 nəfərə çatıb.

Son sutka ərzində 125 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 22 722 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir. (apa)