XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 22:01

“Microsoft” şirkəti daimi olaraq distant rejimdə işləməyə icazə verib

“Microsoft” korporasiyası bəzi əməkdaşlarına daimi olaraq distant rejimə keçməyə icazə verib. Bu barədə “Microsoft”un daxili rəhbərliyinə istinadən “The Verge” nəşri yazıb.

Azərtac xəbər verir ki, şirkət iş üzrə əlverişli qrafik hazırlayıb: əməkdaşlar iş həftəsinin 50 faizdən az hissəsini evdən işləyə və ya menecerin icazəsi ilə tamamilə distant iş rejiminə keçə biləcəklər.

“Microsoft” şirkətinin rəsmisi bildirib ki, bəzi əməkdaşların distant iş rejiminə keçməsi çətin və ya qeyri-mümkündür. Məsələn, laboratoriya və ya məlumatların işlənməsi mərkəzlərində işləyən mütəxəssislər.

Evdən işləyən əməkdaşlar başqa ştat və ya ölkələrə köçə bilərlər, ancaq bunun üçün kompensasiya və bonuslar konkret köçmə yerindən asılı olacaq. “Microsoft” şirkəti daimi distant işçilər üçün “ev ofisi”nin xərclərini ödəyəcək, amma köçmə üçün xərcləri əməkdaş öz üzərinə götürür.