XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 10:26

“Jerusalem Post”:İsrail Ali Məhkəməsi Azərbaycana silah satışı qadağası iddiasını rədd etdi

Ötən gün İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbi ilə təmin etməyib.

Bu barədə məlumatı “Jerusalem Post” yayıb.

Hakim Yosef Elronun sözlərinə görə, iddiaçının məhkəməyə təqdim etdiyi materialların heç birində dinləmənin keçirilməsi üçün yetərincə dəlil yoxdur.

Hakim qeyd edib ki, bu, ən yaxşı halda İsrail silahının Azərbaycana satıldığı və həmin silahın ölkənin arsenalında sadəcə özünümüdafiə məqsədilə saxlanıldığını sübut edə bilər/Report.