XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 14:19

Lukaşenko aksiyaçıları hədələyir –Avropa isə yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqı xarici işlər nazirləri oktyabrın 12-də Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Aleksandr Lukaşenkonun üzərinə sanksiyalar qoyulması barədə razılığa gəliblər.

Bunun ardınca Lukaşenkanın hökuməti ona qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarına güllə atıla bilcəyi ilə hədələyib.

Belarus daxili işlər nazirinin birinci müavini Henadz Kazakeviç oktyabrın 12-də yayınlanmış video müraciətində deyib: “Biz küçələri tərk etməyəcəyik və ölkədə qanun-qaydanı təmin edəcəyik. Hüquq-mühafizə heyəti və daxili qoşunlar xüsusi ləvazimatdan və ehtiyac olarsa, odlu silahdan istifadə edəcək”.

Təhlükəsizlik qüvvələri indiyədək etirazçılara qarşı suatanlardan, rezin güllələrdən və səs qumbaralarından istifadə etdiyini etiraf edib.

Kazakeviç iddia edib ki, etirazçılar son dərəcə radikallaşıblar. Onun sözlərinə görə oktyabrın 11-də keçirilən aksiyalarda etirazçılar polisə daş və butılkalar atıblar, habelə barrikadalar quraraq, avtomobil təkərlərinə od vurublar. Nazir müavini əlavə edib ki, bu hərəkələrin vətəndaş etirazı ilə heç bir bağlılığı yoxdur.

O, etirazçıları radikallar, anarxistlər və futbol azarkeşləri adlandırıb.

Etirazçılar Lukaşenkonun istefasını və prezident seçkisinin yenidən keçirilməsini tələb edirlər. Şərhçilər bildirirlər ki, Lukaşenko hakimiyyətinin sərtləşməsi Avropa İttifaqında ona qarşı sanksiyaların irəli sürülməsi barədə razılığın əldə olunması ilə bağlıdır.

Xatırladaq ki, polis oktyabrın 11-də Minskdə suaatanlardan və səs qumbaralarından istifadə edib, ölkə boyunca 700-dək etirazçını saxlayıb.

Oktyabrın 12-də Belarusda keçirilən etiraz aksiyalarına pensiyaçılar da qoşulublar.

Avropa İttifaqı xəbərdarlıq edib ki, bu ölkədə keçirilmiş seçkinin saxtalaşdırılması və buna etiraz edən aksiyaların iştirakçılarına divan tutulması ilə bağlı Belarusun avtokrat lideri Aleksandr Lukaşenko üzərinə sanksiyalar elan edə bilər.

Okrtyabrın 12-də Avropa İttifaqının Lüksemburqda keçirilən iclasında üzv ölkələrin nümayəndələri Belarus prezident seçkisinin nə azad, nə də ədalətli olduğu barədə bəyanat veriblər. İclasın bəyanatında deyilir ki, Lukaşenkonun heç bir demokratik legitimliyi yoxdur. (azadliq.org)