XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2020 - 15:08

İran hökumətinin sözçüsü:"Dağlıq Qarabağla bağlı həll planımız açıqlanacaq"

“İranın Dağlıq Qarabağla bağlı həll planının təfərrüatları açıqlanacaq”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İslam respublikası hökumətinin rəsmi sözçüsü Əli Rəbii bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı hər hansı bir qərar əlaqədar ölkələrin iştirakı ilə olmalıdır.

Əli Rəbii bildirib: “Birincisi, terrorizm bölgəyə sıçramamalıdır. İkincisi, barışıq və danışıqlar məsələsidir. Bölgənin mühüm ölkələri ilə münaqişə edən tərəflər arasında nisbi ümumi anlaşma əldə olunduqda, İranın Dağlıq Qarabağla bağlı həll planının təfərrüatları açıqlanacaq”.