XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2020 - 20:54

Respublikaçılar Partiyası seçki üçün 1 milyard dollarından artıq vəsait toplayıb –Tramp açıqladı

ABŞ-ın Respublikaçılar Partiyası gələn ay baş verəcək seçkiyə hazırlıq üçün “WinRed” platformu vasitəsilə 1 milyard ABŞ dollarından artıq vəsait toplayıb.

Bu barədə partiyanın sədri, hazırkı dövlət başçısı Donald Tramp “Twitter” səhifəsindən bildirib.

Qeyd edək ki, Respublikaçılar Partiyası tərəfindən 2019-cu ildə yaradılmış “WinRed” Demokrat Partiyasına məxsus olan və 16 ildir fəaliyyət göstərən “ActBlue” onlayn vəsait toplama platformunun bənzəridir. Yeni saytda Senat və Nümayəndələr Palatasındakı respublikaçı millət vəkillərinin 90 faizindən artığı qeydiyyatdadır.

Xatırladaq ki, 3 noyabr tarixində keçiriləcək seçkilərdə prezident, vitse-prezident, Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senat üzvlərinin üçdə biri, 13 ştat və bölgənin qubernatorları müəyyən olunacaq/Report.